İDMAN

10 Sentyabr

"Çelsi" hücumçusu ilə müqavilə imzaladı

İngiltərənin "Çelsi" komandası futbolçusu Mişi Batşuayi ilə yeni müqavilə imzalayıb.

Fins.az xəbər verir ki, belçikalı hücumçunun sözləşməsinin müddəti 2022-ci ilin yayınadək uzadılıb.

Amma 27 yaşlı forvard qarşıdakı mövsümü London təmsilçisində keçirməyəcək. "Zadəganlar" onu "Kristal Pelas"a icarəyə verib.

Qeyd edək ki, Batşuayi 2016-cı ildə "Çelsi"yə keçib.