AFFA-nın İntizam Komitəsinin sədri postunda dəyişiklik olub.
Assosiasiyadan Fins.az-a verilən məlumata görə, bu komitənin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.
AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub.
AFFA-nın rəhbərliyi İntizam Komitəsinin sabiq sədri Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.