İDMAN

09 Sentyabr

Millimizin 2 oyunluq statistikası

UEFA Millətlər Liqasının II turundan sonra yığma komandaların statistikalarını açıqlayıb. 

Fins.z-ın məlumatına görə, ilk turda  "Lüksemburq"a 1:2 hesabı ilə uduzan, ardınca Nikosiyada Kipri 1:0 hesabı ilə üstələyən Azərbaycan millisi 15 dəfə rəqib qapılarına zərbə endirib.

Onlardan 5-i çərçivəyə düşübsə, 6-sı hədəfdən yayınıb. Yığma üzvlərinin 4 zərbəsini isə qapıçılar dəf edib. Azərbaycan millisi iki görüş ərzində yalnız 3 dəfə küncdən zərbə yerinə yetirib. Komandanın ötürmələrinin 78 faizi dəqiq olub. Oyunçular Lüksemburq və Kiplə görüşdə 739 ötürmə veriblər və bunlardan 585-i hədəfə çatıb. 

Canni De Byazinin baş məşqçi olduğu yığma iki matçda 44 faiz topa sahib olma ilə yadda qalıb. Hər iki qarşılaşmada 90 dəqiqə meydanda olan qapıçı Emil Balayev 7 dəfə qurtarış edib. Milli iki görüşdə 6 sarı və 1 qırmızı vərəqə alıb. Futbolçular 36 dəfə qaydanı pozub və 22 dəfə kobudluğa məruz qalıblar.