İDMAN

08 Sentyabr

Futbol klubları ödəmə müddətinin uzadılması üçün banklarla danışıqlar aparır

Fins.az xəbər verir ki, futbol klubları banklarla ödəmə müddətinin uzadılmasını müzakirə edirlər.
Fins.az xəbər verir ki,Fənərbaxça və Qalatasaray da daxil olmaqla futbol klubları, transfer limitlərini artırmaq və önümüzdəki illərdə ağır ödəmə öhdəliyini aşmaq üçün bir ildən biraz çox müddətdə ikinci dəfə borcların yenidən planlaşdırılmasını müzakirə edir.

Mövzuya yaxın mənbələrin verdiyi məlumata görə, Ziraat Bank, Halkbank və Denizbank da daxil olmaqla banklar klubların borclarının ödəmə müddətini 5 ildən 12 ilə qaldırmaq üçün klublarla danışıqlar aparır. Yeni müqavilənin 2 və ya 3 illik güzəştli dövrü nəzərdə tutulur.

Türkiyə Banklar Dərnəyi Başçısı və Ziraat Bankının baş direktoru Hüseyin Aydın, bankın noyabr ayında klubun 7 milyard lirə civarında borcu olduğunu deyib.

Ən çox borclu olan Fənərbaxça klubu, digər dövlət klubları ilə yanaşı Qalatasaray, Beşiktaş və Trabzonspor, yeni futbolçu transferlərini Türkiyə Futbol Federasiyası tərəfindən açıqlanan transfer limitləri ilə birgə çətin bir dövr yaşayıb. Fənərbaxça İdman Klubu Başçısı Əli Koç, 5 illik müddətə görə bu razılaşmaya etiraz edib,digər klublardan fərqli olaraq Fənərbaxça bu müqaviləni imzalamayıb.

Cəmi 4 açıq klubun may ayındakı maliyyə nəticələrinə görə, ümumi borcları 6,2 milyard lirə səviyyəsindədir. Gəlir yalnız 2,4 milyard lirədir.

Müəllif:Aynur Qəniyeva