Çempionlar Liqasında növbəti püşkatmaların bütün iştirakçıları müəyyənləşib.
Fins.az xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra mümkün olub.
10 komanda Çempionlar yolunda, 3 klub Liqa yolunda tur adlayıb. Bununla da avqustun 31-də baş tutacaq III təsnifat mərhələsinin püşkündə iştirak edəcək komandalar bilinib. Həmin gün Çempionlar yolunda mərhələ keçən 10 komanda 5 cütlük təşkil edəcək. Püşk zamanı Azərbaycan çempionu “Qarabağ” səpələnmişlər səbətində yer alacaq.
III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
“Dinamo” (Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)
Səpələnməmişlər
“Molde” (Norveç)
“Midtülland” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Brest, Belarus)