İDMAN

26 Avqust

Rafael Ağayev millinin məşqçisi oldu

Qurban Tağıyev karate üzrə kişilərdən ibarət Azərbaycan milli komandanın baş məşqçisi təyin edilib.

Fins.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Tağıyev bir müddət əvvəl müqaviləsinin müddəti başa çatan Bahəddin Kandazı müvəqqəti əvəzləyib. O, həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub. Milli komandanın lideri Rafael Ağayev isə məşqçilər heyətinə cəlb edilib. 

Qeyd edək ki, bir neçə ildir milli komandanın böyük məşqçisi olan Qurban Tağıyev 5-ci dan qara kəmər sahibidir. O, idmançı karyerasında dünya ikincisi, komanda çıxışlarında Avropa üçüncüsü, Dünya Kubokunda isə dəfələrlə qalib və mükafatçısı olub.