UEFA Çempionlar Liqasında həftənin qoluna namizədləri açıqlayıb.
Fins.az-ın məlumatına görə, ən gözəl qolun sahibi adı uğrunda 4 futbolçu mübarizə aparacaq.
Bunlar Fransa PSJ-sindən Anxel di Maria ilə Markinyos, Almaniya "Bavariya"sından isə Serj Qnabri və Robert Levandovskidir. Qalib azarkeşlər arasında səsvermə yolu ilə müəyyənləşəcək.
"Bavariya" yarımfinalda Fransa "Lion"unu 3:0, PSJ isə Almaniya "Leyptsiq"ini eyni hesabla məğub edib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək final matçında PSJ və "Bavariya" üz-üzə gələcək.