Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL çempionatında növbəti oyununu keçirib.
Fins.az-ın məlumatına görə, komanda "Los-Anceles Qelaksi 2" ilə üz-üzə gəlib. Qarşılaşma "Finiks Rayzinq"in 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Rüfət Dadaşov matça ehtiyatda başlayıb və 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, "Finiks Rayzinq" 8 oyundan sonra 19 xalla B qrupunun lideridir.