“Barselona” yeni idman direktorunun adını açıqlayıb.
Fins.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Ramon Planes gətirilib. 53 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, R.Planes 2018-ci ildən “Barselona”da sabiq idman direktoru Erik Abidalın köməkçisi kimi işləyirdi.