Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək.
Fins.az xəbər verir ki, bu barədə Rusiyanın "Sport-express" nəşri məlumat yayıb. UEFA dünən gecə və bu gün səhər saatlarında milli federasiyalarla məsləhətləşib və turniri ləğv etməmək barədə əsaslı qərar qəbul edib.
İddiaya görə, "böyük beşlik" ölkələrinin təmsilçiləri sıx qrafik səbəbindən Millətlər Liqasının 2020-ci ildə keçirilməməsini istəyiblər. Onlar belə şəraitdə milli komandalar üçün əlavə turnirin təşkilini mümkünsüz hesab ediblər.
Bundan əlavə, milli komandaların oyunları ləğv edilərsə, yığmalar bir ildən çox matç keçirə bilməyəcəklər. Belə hal İkinci Dünya mübaribəsindən sonra yaşanmayıb.
Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci matçını isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirməlidir.