İDMAN

14 Avqust

\"Yuventus\"da vacib görüş: Ronaldu və ya Dibala satıla bilər

"Yuventus"un aparıcı futbolçuları Kriştianu Ronaldu və Paulo Dibaladan biri ilə yollarını ayıra bilər.

Fins.az xəbər verir ki, yaxın vaxtlarda Turin klubunun yeni baş məşqçisi Andrea Pirlo ilə idman direktoru Fabio Paratiçi arasında bununla bağlı görüş olacaq.

"Qoca sinyora" sözügedən oyunçulardan birini satmaqla yüksək maaş yükündən azad olmaq niyyətindədir.

Portuqaliyalı hücumçunun illik məvacibi 31 milyon avrodur. Argentinalı futbolçu isə "Yuventus"da ilinə 15 milyon avro qazanır.

Qeyd edək ki, daha əvvəl Kriştianu Ronaldunun "Barselona"ya təklif olunduğu ilə bağlı xəbərlər yayılıb.