İDMAN

09 İyul

“Barselona”dan Neymar açıqlaması

“Barselona” bu yay PSJ-nin hücumçusu Neymarı geri qaytara bilməyəcək.

Fins.az xəbər verir ki, Kataloniya radiosuna açıqlama verən klubun prezidenti Xosep Bartomeu bu planı reallaşdırmaq üçün imkanlarının olmadığını söyləyib. Bartomeunun sözlərinə görə, hazırda koronavirus pandemiyasına görə “Barselona” maliyyə problemləri ilə üzləşib. Klub bu yay transferlərə külli miqdarda vəsait ayıra bilməyəcək.

Xatırladaq ki, Neymarın PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Onu transfer etmək istəyən klub parislilərə 170 milyon avro ödəməlidir.