İDMAN

24 Aprel

Paytaxt klubları eyni futbolçunu istəyir

Dortmund "Borussiya"nın yarımmüdafiəçisi Mario Götzenin karyerasını İtaliyada davam etdirmək variantı yaranıb.

Fins.az-ın məlumatına görə, "Latsio" Almaniya millisinin üzvünün transferində maraqlıdır.

Roma klubu müqavilə pulu kimi ona 4 milyon avro təklif edib. 28 yaşlı hücumameyilli oyunçu buna razılıq versə, "Latsio"ya azad agent kimi keçəcək. Çünki onun "Borussiya" ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. Paytaxtın digər təmsilçisi "Roma" da Götze ilə maraqlanır.

Qeyd edək ki, "Borussiya"nın yetirməsi olan Mario Götze 2013-2016-cı illərdə "Bavariya"da çıxış etdikdən sonra yenidən doğma komandasına qayıdıb.