"Bavariya"nın kapitanı Manuel Noyer klubla yeni müqavilə bağlamağa razılaşıb.
Fins.az-ın məlumatına görə, təcrübəli qapıçı maliyyə məsələsində güzəştə gedib.
34 yaşlı qolkiperlə rəhbərlik arasında danışıqlar yenidən bərpa edilib. Almaniya millisinin üzvü maaşla bağlı tələbində endirimə gedib. Ancaq o, 4 illik müqavilə bağlamaqda israrlıdır. Münhen təmsilçisi isə 3 illik sözləşmənin imzalanmasına çalışır.
Qeyd edək ki, 2011-ci ildən "Bavariya"nın çərçivəsini qoruyan Manuel Noyerin müqavilə müddəti gələn ilin yayına qədərdir.