Koronavirus pandemiyası üzündən təxirə salınan ağırlıqqaldırma üzrə Avropa çempionatının keçirilmə tarixi müəyyənləşib.
Fins.az-ın məlumatına görə, Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq yarış oktyabrın 31-də start götürəcək.
Çempionata noyabrın 8-də yekun vurulacaq. Bu, yarış üçün müəyyənləşən artıq 3-cü tarixdir.
Öncədən aprelin 4-12-nə planlaşdırılan çempionatın başqa vaxta keçirilməsinə martda qərar verilib. İyunun 13-21-nə keçirilən turnir aprelin 14-də verilən qərara əsasən ikinci dəfə təxirə düşüb.