Cənubi Koreya millisinin və İngiltərənin “Tottenhem” klubunun futbolçusu Son Hın Min hərbi xidmətə yollanıb.
Fins.az xəbər verir ki, futbolçu hərbi xidmətdən öncə 14 günlük karantində olub. Hazırda o, Çedju adasında yerləşən dəniz piyadalarının təlim mərkəzində xidmətdədir.
Cənubi Koreyada hərbi xidmətlə bağlı sərt qaydalar mövcuddur. Hər bir kişi 28 yaşınadək 21 aylıq hərbi xidmət keçməlidir. Ölkənin adını xüsusi beynəlxalq tədbirlərdə ucaldanlar istisna hal kimi qəbul edilir. Son Hın Min də sonuncu Asiya oyunlarında qızıl medal qazandığı üçün bu istisanaya daxil olub.
Beləliklə, futbolçu cəmi 21 günlük hərbi xidmət keçəcək.