İDMAN

17 Aprel

Növbəti mövsümün startı sentyabra qaldı

İngiltərə Premyer Liqasında növbəti mövsüm sentyabrın ortalarında başlaya bilər.

Fins.az-ın məlumatına görə, buna səbəb koronavirus pandemiyası üzündən hələ cari mövsümün taleyinin qeyri-müəyyən olmasıdır.

Bu durum klubları qane etməsə də, indiki vəziyyətdə ən nikbin variantdır. Çünki öncədən avqustun 8-nə planlaşdırılan yeni mövsümün startına qədər dayandırılmış çempionatın başa çatdırılması da mümkünsüz görünür.

Hərçənd Premyer Liqa bərpa olunduqdan sonra üçün təqvimin ilkin variantını da hazırlayıb. Çempionata üstünlük verən təşkilatçılar əvvəl yarışı bitirib, ardınca kubokun bərpasına başlamağı planlaşdırır. Turnirin iyunun 6-da bərpa olunacağı gözlənilir.