İDMAN

17 Aprel

"Bayer"i "Bavariya"ya dəyişir

"Bayer"in yarımmüdafiəçisi Çarles Aranqisin yeni komandası böyük ölçüdə müəyyənləşib.

Fins.az-ın məlumatına görə, 31 yaşlı orta sahə oyunçusu mövsümün sonunda Bundesliqanın digər klubuna keçəcək.

Söhbət ölkənin ən güclü komandası olan "Bavariya"dan gedir. Münhen təmsilçisi ötən il ala bilmədiyi çilili ilə yenidən danışıqlar aparır və hətta tərəflər arasında ilkin razılıq əldə olunub. "Bayer"lə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, Aranqis "Bavariya"ya azad agent statusunda keçəcək.

Qeyd edək ki, Aranqis cari mövsüm Bundesliqada 18 oyunda 1 qol vurub.