İDMAN

16 Aprel

Beş şəhər AVRO-2020-ni qəbul etmək niyyətini təsdiqləyib

AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəzilər 2021-ci ilə təxirə salınan yarışla bağlı niyyətlərini açıqlayıb.

Fins.az-ın məlumatına görə, beş şəhər turniri bir ildən sonra da qəbul etməyə hazır olduğunu təsdiqləyib.

Bunlar Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhendir (Almaniya). Digər 7 təşkilatçı şəhər isə koronavirus pandemiyası üzündən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.