İDMAN

16 Aprel

İtaliyada futbol oyunları bərpa olunur?

İtaliya Futbol Federasiyası koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümün bərpası ilə bağlı çalışmalarını davam etdirir.

Fins.az-ın məlumatına görə, qurum artıq ilk təqvim planını hazırlayıb.

Buna əsasən, fasilədən sonra mübarizə A seriyası ilə deyil, ölkə kuboku ilə start götürəcək. Rəhbərlik İtaliya kubokunun yarımfinal mərhələsinin cavab görüşlərini mayın 27-28-də keçirməyi planlaşdırır. Yarımfinalın cavab matçlarından sonra A seriyası qaldığı yerdən davam etdiriləcək. Bununla bağlı gələn həftə keçiriləcək videokonfransdan sonra qərar verilməsi gözlənilir.

Qeyd edək ki, İtaliya kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində fevralda "İnter" - "Napoli" (0:1), "Milan" - "Yuventus" (1:1) qarşılaşmaları olub. A seriyasında mübarizə isə 26-cı turdan sonra dayandırılıb.