İDMAN

15 Aprel

FIFA prezidenti: "Hazırda vəziyyət çox ciddidir"

"Futbol nə vaxt bərpa olunacaq? Çox yaxşı sualdır".

Bunu FIFA prezidenti Canni İnfantino "L Equipe" nəşrinə açıqlamasında deyib. O bildirib ki, əsas məsələ insan sağlamlığının birinci yerdə olduğunu anlamaqdır. Bu barədə Report yazıb

İnfantino risk olduğu müddətdə oynamayacaqlarını vurğulayıb: "Biz hər şeyin necə inkişaf edəcəyini görmək üçün gözləməliyik. Hazırda vəziyyət çox ciddidir. Futbol oynamağa hökumətlərin bunun mümkünlüyünü dedikdən sonra başlayacağıq. Həmin vaxt da bütün yarışları sona çatdırmağın zamanı yetişəcək. Amma insanları təhlükəyə məruz qoya bilmərik".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində yarışlar dayandırılıb. Hazırda Belarus, Tacikistan, Nikaraqua və Tayvanda çempionatlar keçirilir.