İDMAN

14 Aprel

Daha bir ölkədə çempionat dayandırıldı

Burundi Futbol Federasiyası (FFB) ölkədəki turnirlərin dayandırıldığını açıqlayıb.

Fins.az-ın məlumata görə, buna koronavirus pandemiyası səbəb olub. FFB hazırkı mövsümü mayın sonundan öncə bərpa etməyi və tamamlamağı düşünür.

Qeyd edək ki, Burundi Afrikada futbol matçları davam edən yeganə ölkə idi. Koronavirus pandemiyası ilə əlaqədar Avropada Belarus çempionatı istisna olmaqla, bütün yarışlar dayandırılıb. Dünyada isə Tacikistan, Nikaraqua və Tayvanda yarışlar keçirilir.