İDMAN

13 Aprel

"Tottenhem" Harri Keyn üçün sərvət istəyir

"Tottenhem" yaxın günlərdə komandanı tərk edəcəyi barədə xəbərlər yayılan Harri Keynin satış qiymətini açıqlayıb.

Fins.az xəbər verir ki, Şimali London klubu stadion tikintisindən sonra davam edən iqtisadi çətinliklər səbəbindən transfer rekordu qırmadan ulduz hücumçunu göndərmək istəmir. Xəbərdə "Tottenhem"in prezidenti Daniel Levinin Harri Keynə 200 milyon funt sterlinq qiymət qoyduğu və qiymət endiriminə getməyəcəyi qeyd olunub.

Qeyd edək ki, zədə səbəbindən uzun müddət meydandan kənar qalan 26 yaşlı forvard cari mövsüm komandası ilə 25 matçda 17 qol vurub.