İDMAN

13 Aprel

UEFA-dan avrokuboklarla bağlı yeni təklif

UEFA hazırkı avrubokların bərpası ilə bağlı yeni variant irəli sürüb.

Fins.az xəbər verir ki, qitənin futbol qurumu Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsindən dayandırılan bütün matçlarını avqustda 3 həftə ərzində keçirmək barədə də düşünür.

Bu varianta əsasən, bütün  çempionatlar iyulun sonuna kimi başa çatmalıdır. Həmin müddətdə isə avrokubokun iştirakçıları diqqəti yerli liqalara yönəltməlidir.