İDMAN

11 Aprel

“Barselona”nın rəhbərliyində kütləvi istefalar

İspaniyanın “Barselona” futbol klubunun Direktorlar Şurasından altı nəfər istefa verib.

Fins.az-ın məlumatına görə, bu barədə “Marca” xəbər yayıb.

Daha əvvəl bildirilib ki, “Barselona”nın bu mövsümdə futbolçularla gərginlik yaşayan prezidenti Xosep Mariya Bartomeu komandanın idarə heyətinin bəzi üzvlərinə etibar etmədiyi üçün islahatlar aparmaq niyyətindədir.

Qeyd olunur ki, Emili Russo, Enrike Tombas, Silvio Elias, Mariya Teyşidor, Josep Pont və Jordi Klasamilya vəzifələrini tərk edib. Onların hamısı ortaq istefa məktubu göndərib və sonra Bartomeuya zəng edərək, qərarları barədə onu məlumatlandırıblar.

Beləliklə, klubun Direktorlar Şurasında 19 üzvdən 13-ü qalıb.