İDMAN

03 Aprel

\"Mançester Yunayted\" futbolçuların maaşını azaldır

"Mançester Yunayted"in futbolçuları maaşlarının 30 faiz azaldılmasına razılıq verib.

Fins.az xəbər verir ki, klubun kapitanı Karri Maquayr icraçı direktor Ed Vudvordla maaşların azaldılması ideyasını müzakirə edib. Bildirilib ki, müdafiəçi bu ideya ilə razılaşıb. O, bir aylıq əmək haqqlarının 30 faizinin koronavirusdan mübarizə üçün xəstəxanalara verilməsini istəyib. Komandanın digər oyunçularının da Maquayrın bu təklifi ilə razılaşdığı vurğulanıb.

Bununla bağlı yaxın günlərdə rəsmən elan ediləcəyi qeyd olunub.

Beləliklə, "Mançester Yunayted" koronavirusa görə maaş azaltmış ilk klub olacaq.