İDMAN

03 Aprel

Emre koronavirusa görə karyerasına son qoydu

"Fənərbaxça"nın yarımmüdafiəçisi Əmrə Beləzoğlu milli karyerasını başa vurub.

Fins.az xəbər verir ki, bunu veteran futbolçu özü bildirib.

Karyerasını mövsümün sonunda "Fənərbaxça"da başa vurmaq üçün ötən yay "Başakşəhər"dən "sarı-lacivərdlilər"ə keçən 40 yaşlı oyunçu bu il AVRO-2020-yə qatıldıqdan sonra futbolla vidalaşmağı planlaşdırırdı. Lakin koronavirus pandemiyası səbəbindən turnirin gələn ilə keçirilməsi Əmrənin də planlarını pozub: "Avropa çempionatında iştirak etməyi çox istəyirdim. Amma qismət deyilmiş. Özüm üçün üzülsəm də, zədəli olan yığmanın digər üzvlərinə görə sevinirəm. Gələn il hamısı oynayacaq və bütün dünya Türkiyə yığmasından danışacaq".

Qeyd edək ki, Əmrə Beləzoğlu 2000-ci ildən bəri Türkiyə millisinin heyətində 101 oyun keçirib, 9 qola imza atıb.