İDMAN

26 Mart

Olimpiya çempionumuz koronavirusla mübarizəyə pul ayırdı

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizəyə görə bəzi ölkələrdə ianə fondları yaradılıb. Azərbaycan da belə ölkələrdən biridir.

Martın 19-da Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Fins.az-ın  xəbərinə görə, koronavirusla mübarizəyə idman ictimaiyyəti də biganə qalmayıb.

Belə ki, cüdo üzrə Olimpiya və ikiqat Avropa çempionu, Dövlət Təhlükəsizliyi Xidmətinin zabiti Elnur Məmmədli Koronavirusla Mübarizəyə Dəstək Fonduna min manat pul köçürüb.