İDMAN

13 Mart

Almaniya Bundesliqası dayandırılacaq - RƏSMİ

Futbol üzrə Almaniya Bundesliqası koronavirus səbəbindən təxirə salınıb. 

Fins.az xəbər verir ki, çempionat matçları martın 17-dən aprelin 2-dək dayandırılacaq. 

Bu həftəsonu baş tutacaq növbəti turun qarşılaşmaları isə boş tribunalar önündə oynanılacaq. 

Qeyd edək ki, koronavirus səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb.