İDMAN

13 Mart

\"Qalatasaray\" - \"Beşiktaş\" derbisi azarkeşsiz keçiriləcək

Türkiyədə aprelin sonlarınadək bütün idman yarışları koronavirus səbəbindən azarkeşsiz keçiriləcək.

Fins.az-ın məlumatına görə, bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıda qərar qəbul olunub. Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib.

Beləliklə, martın 13-dən bütün oyunlara tamaşaçı buraxılmayacaq. Martın 15-də "Qalatasaray" və "Beşiktaş" komandaları arasında Superliqanın XXVI tur matçı da azarkeşsiz keçiriləcək. Tamaşaçısız oyunlar XXXII turadək davam edəcək. 

Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.