İDMAN

12 Mart

UEFA \"İnter\" və \"Roma\"dan Avropa Liqasından çıxmalarını xahiş etdi

UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarına müraciət edib.

Fins.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sloveniyalı futbol funksioneri A Seriyası təmsilçilərindən Avropa Liqasını tərk etmələrini xahiş edib.

A.Çeferin turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb.

Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə "Roma"nın İspaniya təmsilçiləri "Xetafe" və "Sevilya" ilə səfər matçları koronavirusa görə təxirə salınıb.