İDMAN

12 Mart

Çempionlar Liqası: PSJ 1/4 finalda, \"Liverpul\" titulu ilə vidalaşdı

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha bir cavab görüşü yekunlaşıb.

"Report"un məlumatına görə, turnirin son qalibi "Liverpul" "Enfild" stadionunda İspaniyanın "Atletiko" komandasını qəbul edib. Əsas vaxt meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 43-cü dəqiqədə Jorjinyo Veynaldum vurub.

İlk matçda "Atletiko" da eyni hesabla qalib gəldiyi üçün 30 dəqiqəlik əlavə vaxt təyin olunub. 94-cü dəqiqədə Roberto Firmino "Liverpul"un üstünlüyünü 2:0-a çatdırıb. Lakin Madrid təmsilçisinin yarımmüdafiəçisi Markos Lyorente 97-ci və 105+1-ci dəqiqələrdə vurduğu qollarla "dubl" edib. Nəticədə İspaniya komandası səfərdə 2:3 hesablı heç-heçəyə nail olaraq, adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl Fransa PSJ-si Almaniyanın "Borussiya" (Dortmund) komandasını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 2:0, 1:2. Ötən gün isə Almaniya "Leyptsiq"i İngiltərə "Tottenhem"ini (1:0, 3:0), İtaliya "Atalanta"sı isə İspaniya "Valensiya"sını (4:1, 4:3) üstələyərək, 1/4 finala yüksəlib. Qalan 4 cavab görüşü gələn həftə olacaq.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunu

12 mart

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:2 (ƏLAVƏ VAXT - 1:2)

Qollar: Jorjinyo Veynaldum, 43. Roberto Firmino, 94 - Markos Lyorente, 97; 105+1

Baş hakim: Danni Makkeli (Niderland)

"Enfild" stadionu

İlk oyun - 0:1