İDMAN

12 Mart

NBA-də mövsüm dayandırıldı

Amerika Milli Basketbol Assosiasiyası (NBA) koronavirusa görə bütün qarşılaşmaları qeyri-müəyyən vaxta qədər təxirə salıb. 

Fins.az xəbər verir ki, "Yuta Caz"ın oyunçularından birində virus aşkarlanıb. 

Testin nəticəsi "Oklahoma Siti" ilə görüşündən əvvəl bəlli olub. NBA daha sonra bütün oyunların təxirə salınması ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, ABŞ-da 1339 nəfər koronavirusa yoluxub, 39 nəfər isə dünyasını dəyişib.