İDMAN

04 Mart

Millimizin Millətlər Liqasındakı oyunlarının təqvimi bəlli oldu

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı oyunlarının təqvimi bəlli olub. 

Fins.az-ın məlumatına görə, yığma C Liqasının I qrupunda ilk və son matçını Lüksemburq komandasına qarşı keçirəcək. Millinin doğma meydandakı oyunları Mərkəzi Avropa vaxtı ilə 18:00-da, səfər qarşılaşmaları isə 20:45-də başlayacaq. 

Azərbaycan yığmasının Millətlər Liqasındakı təqvimi 

5 sentyabr
18:00. Azərbaycan – Lüksemburq

8 sentyabr
20:45. Kipr – Azərbaycan

9 oktyabr
20:45. Monteneqro – Azərbaycan

12 oktyabr
18:00. Azərbaycan – Kipr

12 noyabr
18:00. Azərbaycan – Monteneqro

15 noyabr
20:45. Lüksemburq – Azərbaycan