İDMAN

03 Mart

AFFA üç klubu cərimələdi

AFFA İntizam Komitəsi "Neftçi", "Zirə" və "Sumqayıt" klublarını 800 manat məbləğində cərimələyib. 

Fins.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər üç komandanın 4 oyunçusu Premyer Liqanın XIX turunda sarı vərəqə ilə cəzalandırılıb. 

Qeyd edək ki, "Səbail"in "Neftçi" ilə ilə görüşü 1:1, "Sumqayıt"ın "Keşlə" ilə matçı 2:2 hesablı bərabərliklə bitib. "Zirə" isə "Qəbələ"yə uduzub - 1:2.