İDMAN

03 Mart

Azərbaycan yığmasının Millətlər Liqasında rəqibləri müəyyənləşəcək

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçiriləcək.

Fins.az-ın məlumatına görə, tədbir Niderlandın paytaxtı Amsterdamda olacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatmada hələ ki, baş məşqçisi olmayan yığmanın C Liqasındakı rəqibləri müəyyənləşəcək. Komandanın potensial rəqibləri Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva və Lüksemburqdur. Yığma C Liqasının 4-cü səbətində yer aldığı üçün Ermənistan, Qazaxıstan və Moldovaya rəqib ola bilməyəcək. 

Digər liqaların tərkibi isə belədir:

A Liqası: Portuqaliya (2018/2019 mövsümünün qalibi), Niderland, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası: Azərbaycan, Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Qazaxıstan, Moldova

D Liqası: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino.

Millətlər Liqasının qrup oyunlarının təqvimi

I tur: 1 - 3 sentyabr

II tur: 6 - 8 sentyabr

III tur: 8 - 10 oktyabr

IV tur: 11 - 13 oktyabr

V tur: 12 - 14 noyabr

VI tur: 15 - 17 noyabr

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2-6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.