İDMAN

27 Fevral

Premyer Liqa: Neftçi və Qarabağın növbəti oyunlarının vaxtı bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyun cədvəli bəlli olub. 

Fins.az-ın məlumatına görə, turun açılış matçı Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Tura martın 8-də “Keşlə” – “Qarabağ” dueli ilə yekun vurulacaq. 

07 mart (şənbə)

16:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu

18:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

08 mart (bazar)

16:00. “Səbail” – “Zirə”

“ASCO Arena”

18:00. “Keşlə” – “Qarabağ”

“ASK Arena”

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. XIX turun oyunları isə bu həftəsonu baş tutacaq.