İDMAN

27 Fevral

Qvardiola yeni rekord vurub

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni rekord müəyyənləşdirib.

Fins.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bunu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la keçirilən ilk oyununda gerçəkləşdirib.

Madriddə baş tutan qarşılaşmada Qvardiola ən nüfuzlu klub turnirinin pley-off mərhələlərində 28-ci qalibiyyətini əldə edib. 49 yaşlı mütəxəssis bununla həmkarları Joze Mourinyo, Karlo Ançelotti və Aleks Ferqyusonu geridə qoyub.

Qeyd edək ki, “Real” – “Mançester Siti” matçında 1:2 hesabı qeydə alınıb. Komandalar arasında cavab görüşü martın 17-də Mançesterdə keçiriləcək.