İDMAN

13 Fevral

İtaliya kuboku: İnter öz meydanında uduzdu

"İnter" İtaliya kubokunun 1/4 final matçında “Napoli”ni qəbul edib.

Fins.az-ın məlumatına görə, görüş Milanda "San-Siro" stadionda baş tutub və qonaqların qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolun müəllifi qonaqların yarımmüdafiəçisi Fabian Ruis olub. O, 57-ci dəqiqədə topu meydan sahiblərinin qapısından keçirib. Matç bu hesabla başa çatıb.