İDMAN

13 Fevral

\"Lion\" Fransa Kubokunun yarımfinalına çıxıb

"Lion" Fransa kubokunun 1/4 finalının matçında "Marsel"i qəbul edib.

Fins.az-ın məlumatna görə, görüş Lionda "Stad de Lyümer" stadionunda keçirilib və meydan sahiblərin 1:0 qələbəsi ilə başa çatıb.

Matçın 70-ci dəqiqəsində qarşılaşmanın baş hakimi Benua Miyo "Marsel"in qapısına penalti təyin edib. Ancaq “Lion”un hücumçusu Mussa Dembele 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın 81-ci dəqiqəsində meydan sahiblərinin yarımmüdafiəçisi Ussem Aua hesabı açıb. Bu, matçda vurulan yeganə qol olub.

Beləliklə, "Lion" Fransa Kubokunun yarımfinalına çıxıb, "Marsel" turnirdəki iştirakını başa vurub.