İDMAN

11 Fevral

AFFA Zirənin qırmızı vərəqə alan futbolçularının cəzasını açıqladı

AFFA İntizam Komitəsi "Zirə" klubunun iki futbolçusunu cəzalandırıb. 

Fins.az-ın məlumatına görə, qurum qəsəbə təmsilçisinin oyunçularından Ağabala Ramazanova 2, İlkin Muradova isə 1 oyunluq cəza verib. 

Muradov Premyer Liqanın XVI turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları oyunda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Klub bunun üçün 200 manat məbləğində cərimə olunub. Ramazanov həmin görüşdə kobud oyuna görə birbaşa qırmızı alıb. Qəsəbə təmsilçisi buna görə 1600 manat ödəməli olacaq.

"Zirə"nin 4, "Sumqayıt"ın isə 6 futbolçusu həmin qarşılaşmada sarı vərəqə alıb. Hər iki klub bu səbəbdən 800 məbləğində cərimələnib.