İDMAN

06 Fevral

Barcelona-nın transfer hədəfləri bilindi

Barcelona bəzi oyunçuları heyətinə qatmaq istəyir

Fins.az xəbər verir ki, komanda zədələnmiş Osman Dembele və Luis Suarezi əvəz etmək üçün yeni oyunçular axtarışına çıxıb.

Avropada transfer pəncərəsi artıq bağlanıb. Ancaq bu, kataloniyalılar üçün ağır kadr vəziyyətinə görə istisna ola bilər. Bu halda söhbət İspaniyada çıxış edən bəzi futbolçulardan gedir.

Hazırda Barcelona Getafe-dəki Rodriqezlə, Alaves-dəki Lukas Perez-lə və Betis-dəki İqlesiasla maraqlanır. Siyahıya həmçinin Girona-nın hücumçusu Kristian Stuani də daxildir.