İDMAN

06 Fevral

Messi Barcelona rəhbərliyini bir-birinə qatdı: \"Ad çək!\"

Barcelona-nın idman direktoru Erik Abidalın fikirlərinə Lionel Messi etiraz edib.

Abidal mətbuata verdiyi açıqlamada bildirmişdi ki, Barcelona-nın futbolçuları komandanın sabiq baş məşqçisi Ernesto Valverdedən narazı idilər.

Fins.az xəbər verir ki, Messi “instaqram"da yazdığı statusda Abidaldan ad çəkməyi tələb edib: “Əgər detallı danışırsınızsa, onda ad çəkin. Əks halda, siz bütün futbolçuları şübhə altına alırsınız.

Düzünü desəm, belə şeylər haqda danışmağı sevmirəm. Amma hər kəs dediklərinin məsuliyyətini hiss etməlidir.

Futbolçular meydanda yaşananlara görə məsuliyyət daşıyırlar. Amma idman məsələləri ilə bağlı qərar verənlər də hansı məsuliyyəti daşıdıqlarının fərqində olmalıdırlar”.

© Goal.az