İDMAN

06 Fevral

Galatasarayın bu oyunçusu klbdan gedə bilər

Zədələr səbəbiylə “Galatasaray”da kifayət qədər şans qazanmayan Radamel Falkao karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.

Fins.az xəbər verir ki, “Al-Ahli” klubu 33 yaşlı hücumçunu transfer etmək istəyir. Digər hücumçusu Bafetimbi Qomislə yeni müqavilə imzalamağı düşünməyən klub, Falkao üçün “cim-bom”a 12 milyon avro təklif edib.

Keçən ilin yayında “Galatasaray”a keçən kolumbiyalı futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.