İDMAN

06 Fevral

Türkiyə millisinin üzvünə 25 milyonluq təklif

Ötən həftə "Fənərbaxça" ilə derbidə möhtəşəm performans sərgiləyən "Trabzonspor"un gənc qapıçısı Uğurcan Çakır bir çox Avropa klubunun diqqətini cəlb edib.

Fins.az xəbər verir ki, "Liverpul", "Totenhem","İnter"  və bir sıra böyük klubların izlədiyi,Türkiyə millisinin qapıçısına ilk rəsmi təklifi Joze Maurinyonun çalışdırdığı "Totenhem" edib."Trabzonspor" klubunun rəhbərliyi də məlumatı təstiqləyib.

İlkin təklifin 25 milyon avro olduğu bildirilir.Türk futbolçuları yaxından izləyən Mourinyonun Uğurcan Çakırla birlikdə Çingiz Ündəri də istədiyi bildirilir.