İDMAN

05 Fevral

"Böyük dəbilqə"də iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fevralın 8-də Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

Fins.az-ın məlumatına görə, iki gün davam edəcək yarış üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Yığmamızın məşqçilər korpusu turnirdə 13 kişi və 5 qadın cüdoçuya şans verəcək. Parisdə tatami üzərinə kişilərdən Kəramət Hüseynov, Əhməd Yusifov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, İbrahim Əliyev (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq), qadınlardan Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev və Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) çıxacaq.

 

Qeyd edək ki, yarışda ümumilikdə 121 ölkədən 740 (446 kişi və 294 qadın) cüdoçu mübarizə aparacaq.