İDMAN

05 Fevral

Futbol dünyası ondan danışır – 3 oyuna 7 qol vurdu

“Borussia Dortmund”dakı kariyerasına 7 qolla başlayan norveçli hücumçu Erling Haaland Avropanın 5 böyük liqasında oynayan gənc futbolçuları geridə buraxıb.

Fins.az-ın verdiyi xəbərə görə, Dortmundda forma geyinən 19 yaşlı Haaland “Bundesliga”da oynadığı 3 matçda 7 qol vuraraq gələcəyin ən parlaq ulduzlarından biri olacağını sübut edib.

Avropalı şərhçilərin fikirlərinə görə, Haaland bu performansı ilə yaxın gələcəkdə dünyadakı Messi və Ronaldo mifinə son qoyacaq.

© Azxəbərsport