İDMAN

05 Fevral

Neymar zədələndi - Heyətdən çıxarıldı

PSJ-nin futbolçusu Neymar zədələnib.

Fins.az qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu Fransa Liqasının 22-ci turunda "Monpelye" ilə matçda qabırğasından zədə alıb. Bu səbəbdən onun adı ölkə çempionatının növbəti turunda "Nant"la görüş üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, "Nant" - PSJ görüşü sabah keçiriləcək.