İDMAN

04 Fevral

AFFA “Neftçi” və “Sumqayıt”ı cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Fins.az-ın məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.

“Neftçi” – “Sumqayıt” matçında sonuncu ümid foluna  görə birbaşa qırmızı vərəqə alan Voislav Stankoviç 1 oyun cəzalanıb, meydan sahiblərini 200 manat ziyana salıb. “Sumqayıt” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.

 

“Səbail” – “Qarabağ” qarşılaşmasında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Qəbələ”  - “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.