İDMAN

04 Fevral

“El-Klasiko”nun tarixi təsdiqləndi – DƏQİQ VAXT

İspaniya La Liqasının növbəti "El-Klasiko"sunun vaxtı təsdiqlənib.

Fins.az apasport.az-a istinadən bildirir ki, "Real"la "Barselona" arasında qarşılaşma martın 1-də keçiriləcək.

XXVI turun görüşü Madriddə baş tutacaq. "Santyaqo Bernabeu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, hazırda 49 xala malik "Real" çempionatın lideridir. Üç xal geridə qalan "Barselona" ikinci pillədə qərarlaşıb.